“Yad.Daş”
ağrısı
Martın 15-də Yuğ
Dövlət Teatrında gənc yazıçı Ülviyyə
Heydərovanın “Sükut” adlı hekayəsi
əsasında hazırlanan “Yad.Daş”
tamaşanın premyerası olub.
Teatrın direktoru Tərlan Rəsulovun
hazırladığı tamaşada Azərbaycanda
ilk dəfə “Verbatim
teatrı”nın (“sənədli teatr” ilə
də tanınır, aktyorlar canlı, real personajların dialoq və
monoloqlarından istifadə edirlər) üslubuna
aid elementlər işlədilib. Xocalı mövzusunda yazılan hekayənin səhnə
həlli tamaşaçını faciənin şahidləri
ilə görüşdürüb. Birhissəli
tamaşanın quruluşçu rəssamı
Umay Həsənova, geyim
üzrə rəssamı Leyla Əliyeva, rejissor assistenti Kamal Ərtoğruldur. Rolları gənc aktyorlar Amid Qasımov, Könül Cəfərzadə, Emil Məlikov və Elgün
Həmidov oynayıblar.
Mədəniyyət.- 2014.- 19 mart.-
S. 10.