Novruz çələngi”

 

Respublikamızın digər bölgələrində olduğu kimi, Füzuli Rayon Mədəniyyət və Turizm Şöbəsində də Novruz bayramı münasibətilə müxtəlif tədbirlər təşkil edilib.

Martın 18-də Mədəniyyət evinin kollektiviNovruz çələngi” adlı konsert proqramı ilə Əhmədbəyli kəndində əhali qarşısında çıxış edib. Rayon uşaq incəsənət və musiqi məktəbləri isə hərbi hissələrin qonağı olurlar. Aşağı Yağlıvənd kənd uşaq musiqi məktəbinin kollektivi Şükürbəyli kəndindəki N saylı hərbi hissədə, Horadiz şəhər uşaq musiqi məktəbi şəhərdə yerləşən Sərhəd Qoşunlarının N saylı hərbi hissəsində konsert proqramları ilə çıxış etmişlər. Novruz şənlikləri 21 mart tarixinədək rayonun kənd və qəsəbələrində davam edəcək.

 

Elmin İdrisli,

 

Füzuli rayonu Aşağı Yağlıvənd kənd uşaq musiqi məktəbinin direktoru

 

Mədəniyyət.- 2014.- 19 mart.- S. 13.