Beynəlxalq müsabiqələr laureatının fortepiano konserti
Martın 12-də Azərbaycan Dövlət Filarmoniyası Kamera və orqan musiqisi
zalında fortepiano musiqisindən
ibarət konsert keçirildi. Gecədə Prezident təqaüdçüsü,
P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyası
nəzdində Mərkəzi
Musiqi Məktəbinin
tələbəsi Nazxanım
Dadaşovanın ifası
dinləyicilər tərəfindən
alqışlarla qarşılandı.
Konsert proqramında E.Qriq, A.Skryabin, P.Çaykovski və F.Şopenin əsərləri səsləndirildi.
Ötən il Qəbələdə keçirilən
beynəlxalq musiqi festivalında çıxış
edən ifaçı
bu dəfə doğulduğu şəhərdə
ilk konsertinin baş tutmasından çox şad olduğunu dedi. Gənc pianoçu Moskvada təhsili zamanı ona göstərilən diqqət və qayğıya görə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevaya, Azərbaycanın
Rusiyadakı səfirliyinə,
eləcə də Bakıda təşkil olunan konsertdə əməyi keçən
hər kəsə təşəkkürünü bildirdi.
Nazxanım Dadaşova pianoçuların
Qara Qarayev adına I beynəlxalq
müsabiqəsinin üçüncüsü,
Nikolay Rubenşteyn adına XI beynəlxalq müsabiqənin qalibi və bir sıra
müsabiqələrin laureatıdır.
2010-cu ildə ölkə
Prezidentinin sərəncamı
ilə adı Azərbaycanın gənc istedadlarının “Qızıl
kitabı”na daxil edilib.
Lalə Azəri
Mədəniyyət.- 2014.- 19 mart.-
S. 15.