ABŞ-ın musiqi qrupu regionlarda
konsertlər verir
Azərbaycanda səfərdə olan
ABŞ-ın məşhur
“Meri Mak Brayd” musiqi qrupu
respublikamızın bölgələrində
konsertlərə başlayıb. Qrup ilk konsertini
martın 26-da Şəki
şəhərində verib.
Sabit Rəhman adına Şəki Dövlət
Dram Teatrında keçirilən
konsertdən öncə
ABŞ-ın ölkəmizdəki
səfirliyinin mədəniyyət
və təhsil işləri üzrə müşaviri xanım
Kelli Kalam çıxış
edərək tədbirin
yüksək səviyyədə
təşkilinə və
qonaqpərvərliyə görə
şəhər rəhbərliyinə,
musiqisevərlərə minnətdarlığını
bildirib. Qeyd olunub ki,
ABŞ-ın Azərbaycandakı
səfirliyinin maliyyə
dəstəyi ilə həyata keçirilən
proqram iki ölkə xalqları arasında mədəniyyət
sahəsində qarşılıqlı
əlaqələrin, dostluq
münasibətlərinin daha
da genişləndirilməsi
məqsədi daşıyır.
Meri Mak Braydın rəhbərlik etdiyi bu musiqi qrupu
Azərbaycanda ilk dəfə
çıxış edir.
Musiqiçilər konsertdən əvvəl
ABŞ səfirliyinin dəstəyi
ilə həyata keçirilən xüsusi
tədris proqramı əsasında Şəkidə
ingilis dilinin tədris olunduğu qrupların üzvləri ilə də görüşüb, tədris
prosesi ilə maraqlanıb, onlarla ingilis dilində sorğu aparıblar.
Konsert zamanı
Meri Mak Brayd və qrupun
üzvlərinin təqdim
etdikləri musiqi nömrələri tamaşaçılar
tərəfindən böyük
maraqla və alqışlarla qarşılanıb.
Martın 27-də amerikalı musiqiçilər
Zaqatala şəhərində
növbəti konsert proqramı ilə çıxış ediblər. Konsertdən
əvvəl musiqi qrupunun üzvləri Zaqatala şəhərinin
görməli yerləri
və tarixi məkanları ilə tanış olub, sakinlərlə səmimi söhbət ediblər.
Rayon mədəniyyət
evində təşkil edilən konsert
proqramı Zaqatala musiqisevərlərinin
ürəyincə olub.
Mədəniyyət.- 2014.- 28 mart.-
S. 4.