Turizm İnstitutunun əməkdaşı beynəlxalq tədbirdə

 

«Erasmus Mundus» regionlar arasında əməkdaşlığın gücləndirilməsi (ECCE Mundus) layihəsi çərçivəsində Qazaxıstanın Almatı şəhərində Mərkəzi Asiya və Mərkəzi Avropa ali təhsil müəssisələrinin ilk forumu keçirilib. Tədbirdə ölkəmizi Azərbaycan Turizm İnstitutu təmsil edib. ATİ-nin əməkdaşı Nailə Musayevanın bildirdiyinə görə, forumda Avstriya, Macarıstan və Slovakiyadakı ali təhsil müəssisələri ilə Mərkəzi Asiya, Şərqi Avropa və Qərbi Balkan ölkələrinin ali təhsil müəssisələri arasında birgə proqramlar və beynəlxalq mobillik sahəsində əməkdaşlığın gücləndirilməsi diqqət mərkəzində olub. Seminarda Erasmus + proqramı və onun tərkib hissələri kimi beynəlxalq əməkdaşlığın yeni imkanları, layihələrin idarə olunmasına dair diskussiyalar keçirilib. Növbəti seminar aprelin 7-8-də Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək.

 

Fəxriyyə

 

Mədəniyyət.- 2014.- 28 mart.- S. 4.