Azərbaycan
teatrının dünya sənət məkanına
inteqrasiyası
Martın 27-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında “Azərbaycan teatrının dünya teatr məkanına inteqrasiyası” mövzusunda tədbir keçirilib.
Beynəlxalq Teatr Günü münasibətilə iştirakçıları təbrik edən teatrın direktoru, Əməkdar artist Mübariz Həmidov bu günün mahiyyəti, Azərbaycan teatrının dünya teatr məkanına inteqrasiyası barədə söz açıb.
Vurğulanıb ki, uzun və şərəfli tarixi yol keçmiş milli teatr sənətimiz son illər yeni inkişaf mərhələsinə qədəm qoyub. Prezident İlham Əliyevin 2009-cu il 18 may tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan teatrı 2009-2019-cu illərdə Dövlət Proqramı” uğurla həyata keçirilir. Sənəd Azərbaycan teatrının zəngin bədii irsinin və yaradıcılıq ənənələrinin qorunmasına, teatrlarımızın dünya teatrları arasında tanınmasına təkan verib. Məhz bunun nəticəsidir ki, son illər ölkəmizdə fəaliyyət göstərən dövlət teatrları dünyanın nüfuzlu teatr qurumlarına üzv seçiliblər.
Görüşdə
çıxış edən teatr xadimləri
Məryəm Əlizadə, Aydın Talıbzadə,
Əliqismət Lalayev, Ədalət
Hacıyev, Rəşad Əhmədzadə Azərbaycan
teatrının son illər dünya teatrları ilə
qarşılıqlı əməkdaşlığından, teatr kollektivlərinin iştirak
etdikləri qastrol və festivallardan,
Bakıda keçirilən Beynəlxalq Teatr Konfransının, Beynəlxalq Kukla Teatrları Festivalının uğurlu nəticələrindən bəhs
ediblər, cari ilin
noyabrında keçiriləcək III Bakı Beynəlxalq Teatr Konfransına hazırlıq barədə
fikirlərini bölüşüblər.
Mədəniyyət.- 2014.- 28 mart.-
S. 5.