“Baharın nağılı”

 

Martın 22-23-də Heydər Əliyev Sarayında respublikanın Əməkdar artisti Tünzalə Əliyevanın (Toppuş bacı) iştirakı ilə uşaqlar üçün Novruz şənlikləri keçirilib. Uşaqlara bayramın sevilən personajları Bahar qız, Kosa və Keçəlin iştirak etdiyi “Baharın nağılı” adlı musiqili tamaşa təqdim olunub. Uşaqlar Bahar qızla ögey ananın, Keçəl ilə Kosanın, Novruzun, ayının, hiyləgər tülkünün, dovşanın, yırtıcı canavarın rastlaşdığı macəralarını seyr etmək imkanı əldə ediblər. Sonda hamının dostlaşaraq çətinliklərdən necə qurtulduqlarının şahidi olublar.

Qeyd edək ki, ənənəvi olaraq bu bayram şənliklərinə də uşaq evlərindən, müharibə veteranları və şəhid ailələrindən balacalar, fiziki qüsurlu uşaqlar dəvət olunmuşdu.

 

Mədəniyyət.- 2014.- 28 mart.- S. 5.