Lənkəranda
Beynəlxalq Teatr Günü
Nəcəf
bəy Vəzirov adına Lənkəran Dövlət Dram
Teatrında 27 mart - Beynəlxalq Teatr Gününə həsr
olunmuş tədbir keçirilib. Teatrın direktoru Tofiq Heydərov kollektivin keçdiyi inkişaf yolundan və gələcək
planlarından danışıb. Qeyd olunub ki, bu yaxınlarda yaradıcı heyət Maarif Məmmədovun “Açarını itirənlər”
tamaşasını sənətsevərlərin ixtiyarına verib, hazırda italyan dramaturqu Eduardo de Filipponun “Ruhlar” və Aqşin Babayevin “Xilaskar” əsərləri
üzərində yaradıcılıq işləri davam edir. Tədbirin sonunda yazıçı Kamran
Nəzirlinin “Şeytan
işığı” tamaşası nümayiş
olunub.
Mədəniyyət.- 2014.- 28 mart.-
S. 5.