Beynəlxalq Novruz festivalı iştirakçılara xoş əhval bəxş edib

 

Martın 20-dən 23-dək «İçərişəhər» Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşəbbüsü, «Nar Mobile», «Paşabank» və «A+A Events» şirkətlərinin tərəfdaşlığı ilə gerçəkləşən I Beynəlxalq Novruz festivalı şəhərimizin sakinlərinə və qonaqlara xoş əhval-ruhiyyə bəxş edib. Qala Qapısı qarşısında təşkil olunmuş «Meydan bazarı»da müxtəlif ölkələrin mədəniyyətini əks etdirən videofilmlər, milli tətbiqi sənət nümunələri və suvenirlər sərgilənib. İnsanlar pəhləvanların, kəndirbazların və sehrbazların bir-birindən maraqlı çıxışlarını, uşaq teatrının aktyorları, bədii və tarixi personajlar, bayramın əsas qəhrəmanları olan Kosa və Keçəlin iştirakı ilə düzənlənən proqramları həvəslə izləyiblər.

Rəngarəng konsert proqramında muğamklassik musiqi əsərləri, müxtəlif xalqların milli musiqiləri, müasir estradacaz musiqisi səsləndirilib, Əliağa Vahid meydanında pantomima ustaları çıxış ediblər.

Bayram tədbirləri çərçivəsində «Qala» Dövlət Tarix-Etnoqrafiya Qoruğunda da «Nağıl şəhərciyi» adlı Novruz şənliyi keçirilib. Bu məkanda da rəngarəng konsert proqramı təşkil edilib, uşaqlara nağıl qəhrəmanları ilə canlı ünsiyyətdə olmaq imkanı yaradılıb.

Qonaqlar Novruzun ənənəvi rəmzləri olan şirniyyatların hazırlanması prosesini, xınayaxdı mərasimini yaxından izləyib, xalça ustalarının neçə işlədiklərini seyr ediblər.

 

Mədəniyyət.- 2014.- 28 mart.- S. 7.