Astarada kitab bayramı

 

Mayın 10-da ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə Astara rayon Mərkəzi kitabxanasının qarşısındakı meydanda ənənəvi kitab bayramı keçirilmişdir.

Tədbiri Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) direktoru Nazim Fərəməzov açaraq kitab bayramı haqqında məlumat vermişdir. İştirakçılar nümayiş etdirilən klassikmüasir ədəbiyyat nümunələri, latın qrafikası ilə çap olunmuş yeni nəşrlərlə, astaralı yazarların kitabları ilə tanış olmuşlar.

Astara rayon musiqi məktəbinin direktoru Şamil Bayramov, Yazıçılar Birliyinin üzvü, kitabxanaçı-şairə Sakitə Ülvi, MKS-nin direktor müavini İlyas Məmmədov və digər ziyalılar çıxış edərək ənənəvi olaraq keçirilən belə tədbirlərin kitabın təbliğində, mütaliəyə marağın artırılmasında böyük əhəmiyyəti olduğunu bildirdilər. Kitab bayramında Astara rayon Dövlət Rəsm Qalereyasından təsviri sənət nümunələri, Tarix-Diyarşünaslıq Muzeyinin eksponatları da nümayiş olunmuşdur. Tədbir rəngarəng konsert proqramı ilə başa çatmışdır.

 

Natəvan Mədətzadə,

 

Astara rayon Mərkəzi kitabxanasının əməkdaşı

 

Mədəniyyət.- 2014.- 14 may.- S. 12.