Moskvada Azərbaycana həsr olunmuşKitabxana gecəsi”

 

Azərbaycan-Rusiya Mədəniyyət və Həmrəylik Mərkəzi Moskva şəhər Kitabxana Mərkəzi və general Kərim Kərimov adına 157 nömrəli orta məktəblə birlikdə Azərbaycana həsr olunmuş “Kitabxana gecəsi” aksiyası keçirib. ÜmumrusiyaKitabxana gecəsi” aksiyası çərçivəsində təşkil olunmuş tədbirin məqsədi Rusiya paytaxtının məktəblilərini Azərbaycan mədəniyyəti, incəsənəti, ədəbiyyatı, Azərbaycan xalqının adət-ənənələri ilə tanış etmək idi.

Kitabxanaya gələn qonaqlar üçün maraqlı proqram hazırlanıb. Uşaqlar Azərbaycan cizgi filmlərinə tamaşa edib milli çalğı alətlərimizlə tanış olub, Azərbaycan şirniyyatından dadıblar. Uşaqlara Azərbaycanın tarixi barədə məlumat verilib.

 

Mədəniyyət.- 2014.- 2 may.- S. 2.