Mədəniyyət və Turizm Nazirliyi strukturunda yeni təyinatlar

 

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən 04.10.2013 tarixində elan edilmiş vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün müsabiqənin nəticələrinə əsasən aşağıda adları qeyd edilən namizədlər müsabiqə və müsahibədən müvəffəqiyyətlə keçərək Mədəniyyət və Turizm Nazirliyi Aparatında və şəhər (rayon) mədəniyyət və turizm idarələrində (şöbələrində) vəzifələrə təyin edilmişlər:

Abasquliyev Məhəmməd İsmayıl oğlu - İncəsənət şöbəsinin Dövlət əhəmiyyətli tədbirlərin təşkili və yaradıcı gənclərlə sektorunda aparıcı məsləhətçi; Kərimov Sehran Sərxan oğlu - Analitik təhlil və proqram təminatı şöbəsində aparıcı məsləhətçi; Əliyev Cavid Ramiz oğlu - Elm və təhsil şöbəsinin Elmi-metodiki sektorunda məsləhətçi.

Muradzadə Pərvanə Salman qızı - Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin informasiya və ictimaiyyətlə əlaqələr sektorunun müdiri; Əhmədova Günel Həsən qızı - baş məsləhətçi; Süleymanova Günay Şöhrət qızı - aparıcı məsləhətçi; Məlikova Gülnar Əliheydər qızı - beynəlxalq əlaqələr sektorunda aparıcı məsləhətçi.

Həsənov Adil İmran oğlu Tovuz rayon, Əliyeva Mətanət Davud qızı isə Ağstafa Rayon Mədəniyyət və Turizm Şöbəsində məsləhətçi vəzifəsinə təyin olunublar.

Vakant vəzifələrin tutulması üçün keçiriləcək növbəti müsabiqəyə isə ümumilikdə 27 vəzifə təqdim edilmişdir:

Nazirlik Aparatında Analitik təhlil və proqram təminatı şöbəsində baş məsləhətçi, məsləhətçi, Kadrlar şöbəsində məsləhətçi, Turizm şöbəsinin Planlaşdırma və inkişaf sektorunun müdiri, təbliğat sektorunda aparıcı məsləhətçi, Turizm sənayesi ilə sektorunda məsləhətçi, Kinematoqrafiya şöbəsinin Milli filmlərin istehsalı sektorunda baş məsləhətçi, Maliyyə və uçot şöbəsində məsləhətçi, İşlər şöbəsində məsləhətçi, İnvestisiyatexniki proqramlar şöbəsi Texniki nəzarət sektorunda böyük məsləhətçi;

Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsində beynəlxalq əlaqələr sektorunun müdiri, baş məsləhətçi-hüquqşünas və işlər sektorunun müdiri vəzifələri;

Daşkəsən, Xocavənd, Masallı, Şabran, Ağdam rayon mədəniyyət və turizm şöbələrində məsləhətçi vəzifələri;

Şəki şəhər, Abşeron, Cəlilabad, Kürdəmir, Quba, Qəbələ, Masallı, SamuxŞabran rayon mədəniyyət və turizm şöbələrində baş mühasib vəzifələri.

Bundan başqa, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin ümumi sektorunun müdiriZaqatala Rayon Mədəniyyət və Turizm Şöbəsinin məsləhətçi vəzifələri ümumi müsahibəyə çıxarılmışdır.

 

Mədəniyyət.- 2014.- 2 may.- S. 4.