Folklor paytaxtıBalakəndə dəyirmi masa

 

2014-cü il üçünAzərbaycanın folklor paytaxtıelan olunmuş Balakən şəhərindəki Heydər Əliyev MərkəzindəFolklorumuz milli-mədəni dəyərlərimizmövzusunda dəyirmi masa keçirilib. Tədbir Mədəniyyət Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin rayon Mədəniyyət Turizm Şöbəsinin birgə təşkilatçılığı ilə gerçəkləşib.

Dəyirmi masanı şöbənin müdiri Ruqiyyət Seyidova açaraq iyirmidən artıq millətin nümayəndələrinin yaşadıqları Balakən rayonunun, eyni zamanda, çox zəngin folklor ənənələrinə malik olduğunu bildirib, “Balakən - Azərbaycanın folklor paytaxtı - 2014” ili çərçivəsində rayonda həyata keçiriləcək tədbirlər barədə məlumat verib.

Tədbirdə AMEA-nın Folklor İnstitutunun direktoru Muxtar İmanov Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin direktoru Vilayət İsmayılov çıxış edərək ölkəmizdə milli-mədəni dəyərlərin qorunub saxlanılması istiqamətində görülən işlər barədə danışıblar.

Dəyirmi masadaƏnənəvi mədəniyyətimizin çağdaş paytaxtları: Balakən folklorunun təbii-sosial tarixi qaynaqları”, “Mədəni irsin qorunması təbliğində muzeylərin rolu”, “Balakənin söz sənətimövzularında məruzələr dinlənilib mövzu ətrafında çıxışlar olub.

Balakən folklorunun araşdırılması və təbliğində fəal iştirakına görə bir qrup rayon ziyalısı və mədəniyyət işçisinə Elmi-Metodiki Mərkəzin fəxri fərmanları təqdim olunub. Tədbir rayonun folklor kollektivlərinin konsert proqramı ilə başa çatıb.

 

Mədəniyyət.- 2014.- 2 may.- S. 5.