Milli mətbəximizin nümunələri Madriddə nəşr olunmuş kitabda

 

İspaniya paytaxtında dünya kulinariyasının nümunələri haqqında məlumatların toplandığı “Sabores del Mundo” kitabı işıq üzü görüb. Kitabda Azərbaycanın milli mətbəxindən küküdovğa barədə də məlumat verilib. Kitab Diplomatların Beynəlxalq Assosiasiyasının (AİDE) təşkilatçılığı ilə buraxılıb. Xeyriyyə məqsədi daşıyan 500 nüsxəlik kitabın satışından əldə olunan gəlir isə AİDE tərəfindən müxtəlif fondlara köçürüləcək. Nəşrdə 49 ölkədən 57 təam barədə məlumat var.

 

Mədəniyyət.- 2014.- 2 may.- S. 7.