Serbiyada beynəlxalq festivalda
Azərbaycan gecəsi
Novı Sad musiqi festivalında
Əzizə Mustafazadə
möhtəşəm konsertlə
çıxış edib
Serbiyanın mədəniyyət və
incəsənət paytaxtı
hesab edilən Novı Sad şəhərində
dünya şöhrətli
Azərbaycan musiqiçisi,
caz-muğamın yaradıcısı
Vaqif Mustafazadənin layiqli davamçısı
Əzizə Mustafazadənin
möhtəşəm konserti
olub. Konsert Azərbaycan Respublikası
Mədəniyyət və
Turizm Nazirliyinin və Azərbaycanın Serbiyadakı səfirliyinin
birgə dəstəyi,
habelə Novı Sad Beynəlxalq Musiqi Festivalının (NOMUS) təşkilatçılığı
ilə reallaşıb.
NOMUS festivalı çərçivəsində
təşkil olunmuş
konsertdə yerli və xarici tamaşaçılar Əzizə
Mustafazadənin özünəməxsus,
rəngarəng ifasını
heyranlıq və gurultulu alqışlarla qarşılayıblar. Konsertin yekununda
tamaşaçılar musiqiçimizi
üç dəfə
təkrar ifa üçün səhnəyə
dəvət ediblər.
Konserti Serbiyanın hökumət
təmsilçiləri, parlamentinin
deputatları, Novı
Sad şəhərinin rəhbərliyi,
Serbiya-Azərbaycan Dostluq
Cəmiyyətinin, Belqradda
fəaliyyət göstərən
Azərbaycan Mədəniyyət
Mərkəzi və Serbiya-Azərbaycan Ticarət-İqtisadi
Palatasının üzvləri,
tanınmış musiqiçilər,
mədəniyyət xadimləri
izləyiblər.
Azərbaycanın Serbiyadakı səfirliyinin
əməkdaşları ilə
görüşən Əzizə
Mustafazadəyə bu ölkədə dövlətimiz
tərəfindən həyata
keçirilən humanitar
layihələr barədə
məlumat verilib. Bildirilib
ki, konsertin keçirildiyi Novı Sad şəhərində Dunay
çayı üzərindəki
sahil parkında Prezident İlham Əliyevin təşəbbüsü
və hökumətimizin
dəstəyi ilə Üzeyir Hacıbəylinin
xatirə abidəsi ucaldılıb, Novı
Sad İncəsənət Akademiyasının
musiqi sahəsində fərqlənən üç
ən yaxşı tələbəsinə Azərbaycan
hökuməti tərəfindən
“Üzeyir Hacıbəyli
təqaüdü” verilir.
Əzizə Mustafazadə
hazırda xaricdə yaşamasına baxmayaraq,
ürəyinin hər zaman Azərbaycan ilə
döyündüyünü və doğma Vətənin uğurlarının onu hədsiz sevindirdiyini, özünün də bütün
qüvvəsi ilə ölkəmizi xaricdə uğurla
təmsil etmək əzmində olduğunu
bildirib.
Mədəniyyət.- 2014.- 2 may.-
S. 7.