Argentina mətbuatı
AİTF sərgisindən yazıb
Argentinanın turizm üzrə ixtisaslaşan kütləvi
informasiya vasitələri
aprelin 3-5-də Bakıda
keçirilmiş 13-cü Azərbaycan
Beynəlxalq turizm və səyahətlər
sərgisi (AİTF-2014) ilə
bağlı məqalələr
yayıb.
Azərbaycanın Argentinadakı səfirliyindən
verilən məlumata görə, məqalələrdə
“AİTF-2014” sərgisinin Xəzər
bölgəsində turizm
sənayesi üzrə
ən böyük tədbir olduğu, sərgidə çoxsaylı
şirkətlərin, Azərbaycanın
müxtəlif bölgələrinin,
habelə bir sıra ölkələrin
öz milli pavilyonları ilə iştirak etdiyi bildirilir. Məqalələrdə
ölkəmizin turizm sənayesində əldə
edilmiş nailiyyətlər,
ölkəyə gələn
xarici turistlərin sayının artması,
2015-ci ildə Bakıda
ilk Avropa Oyunlarının,
2016-cı ildə isə
“Formula-1” yarışlarının keçiriləcəyi, bununla
da Azərbaycana beynəlxalq turizmin diqqətinin daha da artacağı qeyd olunur.
Yazılarda Argentinanın AİTF-də ilk dəfə iştirak etdiyi, sərgi çərçivəsində
ölkənin turizm sektoruna
dair seminarın və tanqo
şounun təşkil olunduğu
da bildirilir.
Mədəniyyət.- 2014.- 2 may.-
S. 9.