Turizmin təbliğat strategiyası üzrə elmi-praktik konfrans

 

Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə «Gənclərin təhsil, təlim, peşə inkişaf mərkəzi» İctimai Birliyinin nümayəndəsi Aslan Qasımovun həyata keçirdiyi layihə üzrə «Turizmin təbliğat strategiyası» mövzusunda gənclərin elmi-praktik konfransı təşkil olunub. Konfransda AMEA-nın gənc alimləri paytaxtın ali məktəblərinin tələbələri iştirak ediblər. İştirakçılar Azərbaycan turizminin təbliğat formaları, daxili turizmin inkişaf istiqamətləri, beynəlxalq tədbirlərin turizmin inkişafına təsiri, suvenir məhsulları təbliğat forması kimi, turizmin marketinqi, turizmin hüquqi aspektləri, turizmdə kadr hazırlığı s. mövzularda məruzələr ediblər. Mövzular ətrafında müzakirələr aparılıb, təkliflər irəli sürülüb. Sonda məruzəçilər sertifikatlarla təltif olunub.

 

Fəxriyyə Abdullayeva

 

Mədəniyyət.- 2014.- 2 may.- S. 9.