“Dostluğun
rəngləri” bədii kataloqunun təqdimatı
Azərbaycanda
Moldova mədəniyyəti günləri keçirildiyi vaxt
Moldova paytaxtı Kişineuda maraqlı mədəniyyət tədbiri
gerçəkləşib.
Aprelin 30-da ölkəmizin Moldovadakı səfirliyi iki ölkə rəssamlarının əsərlərindən ibarət “Dostluğun rəngləri” adlı kataloqun təqdimatını keçirib. Kataloq Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsinə həsr olunub.
Kataloqda Azərbaycan rəssamları Nazim Məmmədov, Aqşin Kazımov, Anar Hüseynzadə, moldovalı fırça ustaları Tatyana Frunze, İlya Leu, Aleksandr Alavatski, Liviu Xınku və Yakov Tixmanın əsərləri yer alıb. Onlar Azərbaycan və Moldovada yaradıcılıq ezamiyyətlərində bir yerdə çalışıblar.
Açılış mərasimində
Azərbaycanın Kişineudakı səfiri Namiq
Əliyev, Moldovanın sabiq prezidenti Vladimir Voronin və başqaları
çıxış edərək ümummilli
lider Heydər Əliyev haqqında səmimi
təəssüratlarını bölüşüblər, bu cür mədəniyyət
tədbirlərinin əhəmiyyətini qeyd
ediblər.
Mədəniyyət.- 2014.- 2 may.-
S. 10.