Cəfər Cabbarlının 115 illiyi qeyd edilib

 

Aprelin 29-da Cəfər Cabbarlı adına Dövlət Teatr Muzeyində görkəmli dramaturq, şair, publisist Cəfər Cabbarlının 115 illik yubileyinə həsr edilmiş tədbir keçirilib.

Ədibin ev-muzeyi ilə birgə təşkil olunmuş tədbirdə filologiya üzrə elmlər doktoru Asif Rüstəmli dramaturqun yaradıcılığından söhbət açıb. Bildirilib ki, ədəbiyyata şeirlə gələn C.Cabbarlı 35 illik ömrünün 20 ilini yaradıcılıqla məşğul olub. O, Azərbaycan dramaturgiyasınaAlmaz”, “Aydın”, “Solğun çiçəklər”, “Sevil”, “Od gəlini”, “Oqtay Eloğlukimi ölməz səhnə əsərləri bəxş edib, şeirləri, hekayələri, tərcümələri, dram əsərləri ilə şöhrət qazanıb.

AMEA-nın əməkdaşları - filologiya üzrə elmlər doktor Rəhim Əliyev, filologiya üzrə fəlsəfə doktoru Firudin Qurbansoy, C.Məmmədquluzadənin ev-muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Pərixanım Mahmudova, Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova başqa çıxış edənlər Cəfər Cabbarlının çoxşaxəli yaradıcılığından danışıblar.

Qeyd olunub ki, görkəmli dramaturq, eyni zamanda milli kino sənətimizin inkişafında böyük xidmətləri olan fədakar ziyalılarımızdandır. O, ilk milli kinossenarist, kinorejissor, Azərbaycan kinosuna ilk milli kadr gətirmiş kino xadimidir.

Tədbirdə Nizami rayonu Uşaq Gənclər Yaradıcılıq Mərkəzinin dram dərnəyinin üzvlərinin ifasındaAydıntamaşasından parça ədibin şeirləri əsasında ədəbi-bədii kompozisiya nümayiş etdirilib. Əməkdar artist Rəşad İlyasov ədibin sözlərinə yazılmış “Azad bir quşdummahnısını ifa edib.

Sonda Cəfər Cabbarlının nəvəsi Qəmər Seyfəddinqızı tədbirin iştirakçılarına minnətdarlığını bildirib.

 

Mədəniyyət.- 2014.- 2 may.- S. 11.