Əməyin
Mühafizəsi Günü qeyd olunub
İsmayıllı
rayonu Mədəniyyət işçilərinin Həmkarlar
Komitəsi 13 saylı region üzrə Dövlət Əmək
Müfəttişliyi ilə birgə 28 aprel - Dünya Əməyin
Mühafizəsi Gününə həsr olunmuş
yığıncaq keçirib. Tədbirdə rayon Mədəniyyət
və Turizm Şöbəsinin kollektivi, mədəniyyət
ocaqlarının rəhbər işçiləri, həmkarlar
təşkilatlarının sədrləri iştirak ediblər.
Mədəniyyət və Turizm Şöbəsinin müdiri
Azər Abbasov, Mədəniyyət Mərkəzinin direktoru Təhmuraz
Bayramov, MKS-nin direktor müavini Həmid Hacıyev, Həmkarlar
Komitəsinin sədri Lətif Quliyev və Əməyi
Mühafizə Komissiyasının sədri Samir Zülfiyev
mövzu barədə çıxış edərək bu sahədə
mədəniyyət müəssisələri tərəfindən
həyata keçirilən işlər barədə
danışıblar.
Mədəniyyət.- 2014.- 2 may.-
S. 12.