Milli Dram Teatrı beynəlxalq
festivalda iştirak edib
Türkiyənin Adana şəhərində Sabançı
Beynəlxalq Adana Teatr
Festivalı keçirilir.
Sabançı Vəqfinin, Türkiyə
Mədəniyyət və
Turizm Nazirliyinin və Dövlət Teatrları Baş Müdirliyinin təşəbbüsü
ilə keçirilən
festival nəinki Türkiyədə,
eləcə də dünya teatr məkanında nüfuzlu festivallardandır. Bu il 15 yaşını
qeyd edən festivala indiyədək 38 ölkədən teatr kollektivləri qatılıb.
14 aprel - 16 may tarixlərində
gerçəkləşən festivalda ölkəmizi Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının kollektivi təmsil edib. Teatrın mətbuat xidmətindən
bildiriblər ki, kollektiv mayın 1-2-də M.F.Axundzadənin “Sərgüzəşti-vəziri-xani-Lənkəran”
komediyası əsasında
hazırlanmış tamaşanı
təqdim edib. Hacı Ömər Sabançı
Mədəniyyət Mərkəzində
nümayiş olunan səhnə əsəri tamaşaçılar, eləcə
də mütəxəssislər
tərəfindən böyük
maraqla qarşılanıb.
Mərhum Vaqif İbrahimoğlunun
quruluş verdiyi tamaşanın rejissoru Tural Mustafayev, quruluşçu rəssamı
Rəşid Şerif,
bəstəkarı Siyavuş
Kərimidir.
Tamaşadan sonra çıxış
edən Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilov dəvətə
və isti münasibətə görə
Türkiyə Mədəniyyət
və Turizm Nazirliyinə, Dövlət
Teatrları Baş Müdirliyinə və Sabançı Vəqfinə
minnətdarlığını bildirib.
Səfər çərçivəsində İsrafil İsrafilov
Türkiyə Dövlət Teatrları baş
müdiri Mustafa Kurtla görüşüb.
Görüşdə qarşılıqlı əməkdaşlıq
münasibətlərinin perspektivləri, o
cümlədən Türkdilli Dövlətlərin
Teatr Rəhbərləri
Şurasının fəaliyyəti müzakirə olunub.
Mədəniyyət.- 2014.- 7 may.-
S. 3.