Ulu öndərin mədəni irsə qayğısından söz açılıb

 

Mayın 5-də “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr edilmiş iclas keçirilib.

İdarənin rəisi Samir Nuriyev “Heydər Əliyevin İçərişəhərin qorunmasında rolumövzusunda məruzə ilə çıxış edib. Məruzədə ümummilli liderin tarixi abidələrə olan xüsusi məhəbbətindən, məhv olmaq təhlükəsi ilə üzləşən İçərişəhərin qorunması, bərpası və təbliği istiqamətində xidmətlərindən bəhs olunub.

Daha sonra ulu öndərin həyat və fəaliyyətinə, İçərişəhərlə bağlılığına həsr edilmiş “Heydər Əliyevin elmin inkişafında rolu”, “Heydər Əliyevin Cənubi Qafqazın yeni tarixi konsepsiyasının hazırlanmasında rolu” mövzularında məruzələr dinlənilib. Məruzələr və ümummilli lider Heydər Əliyevlə bağlı xatirələr maraqla qarşılanıb.

Tədbirdə ümummilli liderə həsr olunmuş sənədli film nümayiş olunub.

 

Mədəniyyət.- 2014.- 7 may.- S. 4.