Ölkəmizin turizm imkanları
Dubay sərgisində
Mayın 5-də Birləşmiş Ərəb
Əmirliklərinin Dubay
şəhərində «ATM-2014» beynəlxalq turizm sərgisi işə başlayıb. Ayın 8-dək davam edəcək
sərgidə Mədəniyyət
və Turizm Nazirliyi Turizm şöbəsinin müdiri
Aydın İsmiyevin rəhbərliyi ilə ölkəmizin nümayəndə
heyəti də iştirak edir. Heyətə nazirliyin əməkdaşları, “SW travel”, «Millennium
tourism», «Gilan tourism», «The Tour», «Xəzər travel», «Eurotourism»,
«Geo travel», «Matrix Oasis» şirkətlərinin,
«Chinar Hotel and Spa Naftalan»,
«Rixos Quba” və «Excelsior” hotellərinin
nümayəndələri, Dövlət Mahnı və Rəqs Ansamblının rəqs qrupu daxildir.
Sərgidə respublikamızın turizm imkanları 50 kv. m sahədə nümayiş olunur. Stendimizi ziyarət edənlərə ingilis və ərəb dillərində müxtəlif növ reklam-çap məhsulları ilə təqdim olunur, Azərbaycan turizmi haqqında məlumat verilir. Tədbir çərçivəsində müxtəlif işgüzar görüşlər keçirilir.
Qeyd edək ki,
Mədəniyyət və Turizm Nazirliyi və yerli turizm şirkətləri 2004-cü ildən
etibarən Dubay sərgisində iştirak edir.
Mədəniyyət.- 2014.- 7 may.-
S. 4.