Tərtərdə
“Kitab bayramı”
Tərtər Rayon Mədəniyyət və Turizm Şöbəsinin təşəbbüsü ilə Mərkəzləşdirilmiş Kitabxana Sistemi ulu öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü ilə əlaqədar “Kitab bayramı” təşkil edib.
Tədbirdə çıxış edən rayon İcra Hakimiyyəti başçısının birinci müavini Ramiz Şabanov, Mədəniyyət və Turizm Şöbəsinin müdiri Gündüz Mürsəlov iştirakçıları və kitabsevərləri əlamətdar hadisə münasibətilə təbrik ediblər, ulu öndərin dövlətçilik fəaliyyəti, mədəniyyətə diqqət və qayğısından söz açıblar.
Sərgidə müxtəlif sahələrə
aid 1500-dən çox
kitab, elektron disklər
nümayiş olunub,
uşaqların əl işlərindən ibarət sərgilər
təşkil edilib. Tədbirdə rəngarəng
konsert proqramı təqdim olunub.
Şəhər 1 saylı məktəbin şagirdləri tərəfindən
ulu öndərə həsr edilmiş şeirlər söylənilib.
Mədəniyyət.- 2014.- 7 may.-
S. 4.