Xalq çalğı alətləri ifaçılarının respublika müsabiqəsi

 

Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə uşaq və gənclər arasında xalq çalğı alətləri ifaçılarının III respublika müsabiqəsi davam edir. Musiqi təhsilinin inkişaf etdirilməsi, gənc istedadların üzə çıxarılması və peşəkarlıq səviyyəsinin yüksəldilməsi məqsədilə təşkil olunan müsabiqə 6 ixtisas (tar, kamança, qanun, qarmon, saz, balaban ifaçılığı) üzrə keçirilir. İki turdan ibarət müsabiqənin zonalar üzrə birinci turuna aprelin 14-də start verilib. Ötən müddətdə Mingəçevirdə, Şəkidə, Xaçmazda zona seçimləri gerçəkləşib. İştirakçıların çıxışlarını Xalq artisti, Bakı Musiqi Akademiyasının professoru Ramiz Quliyevin sədrliyi ilə münsiflər heyəti qiymətləndirir.

Daha sonra Ağcabədi Abşeron rayonlarında müsabiqənin zona turları keçirilib. Üzeyir Hacıbəyli adına Ağcabədi şəhər incəsənət məktəbində keçirilən zona turunda Ağcabədi, Ucar, Zərdab, Beyləqan, Ağdam, İmişli, Xocavənd Füzuli rayonlarının musiqi incəsənət məktəblərinin, habelə Ağdam Musiqi Kollecinin şagirdləri iştirak ediblər. Hər bir ifaçı müsabiqəyə 3 musiqi əsəri təqdim edib.

Abşeron rayonunun Ceyranbatan qəsəbə Mədəniyyət evində keçirilən müsabiqənin açılışında çıxış edən rayon İcra Hakimiyyəti başçısının müavini İradə Gülməmmədova ulu öndər Heydər Əliyevin anadan olmasının ildönümü ərəfəsində belə bir tədbirin keçirilməsinin əlamətdar hadisə olduğunu vurğulayıb. Qeyd edib ki, ümummilli lider Azərbaycana rəhbərlik etdiyi vaxtlarda elmin, mədəniyyətin, təhsilin, ədəbiyyatın incəsənətin inkişafına daim diqqət yetirib qayğısını əsirgəməyib.

Abşeron Rayon Mədəniyyət Turizm Şöbəsinin müdiri İlham Manafov tədbirin əhəmiyyətindən danışaraq ümidvar olduğunu bildirib ki, mayın sonunda yekunlaşacaq müsabiqə yeni istedadların üzə çıxmasına imkan verəcək.

Qeyd edək ki, münsiflər heyətinin rəyinə əsasən, zona turunda fərqlənən ən yaxşı xalq çalğı alətləri ifaçıları respublika müsabiqəsinin mayın ortalarında Bakı şəhərində keçiriləcək yekun turunda iştirak edəcəklər.

 

Mədəniyyət.- 2014.- 7 may.- S. 5.