Ali rəssamlıq məktəbləri
arasında əməkdaşlıq memorandumu
Azərbaycan Rəssamlıq Akademiyası ilə Kəmaləddin Behzod adına Özbəkistan Rəssamlıq və Dizayn İnstitutu arasında əməkdaşlıq memorandumu imzalanıb. Mərasim ölkəmizin Özbəkistandakı səfirliyi və səfirliyin nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və təşkilatçılığı ilə gerçəkləşib. Sənədi Azərbaycan Rəssamlıq Akademiyasının prorektoru, Xalq rəssamı Salxab Məmmədov və Özbəkistan Rəssamlıq və Dizayn İnstitutunun rektoru, tanınmış rəssam Xasan Aminov imzalayıblar.
Memorandumda ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi, müəssisələr arasında təcrübə mübadiləsinin aparılması, birgə sərgilərin, festivalların keçirilməsi, rəssamlıq sənətinin inkişaf etmiş janrlarının mübadiləsi, qarşılıqlı səfərlərin, müxtəlif tədbirlərin təşkili və s. məsələlər öz əksini tapıb.
Tədbir çərçivəsində
Özbəkistan Rəssamlıq Akademiyasında Azərbaycanın
tanınmış rəssamlarının təltif olunma mərasimi də keçirilib.
Xalq rəssamı
Salxab Məmmədov, Azərbaycan Milli İncəsənət Muzeyinin
direktoru, professor Çingiz Fərzəliyev, Rəssamlıq
Akademiyasının prorektoru, Xalq rəssamı Fuad Salayev Kəmaləddin Behzod
adına Özbəkistan Rəssamlıq və Dizayn
İnstitutunun fəxri professorları təltif
olunub.
Mədəniyyət.- 2014.- 7 may.-
S. 6.