“Gələcəyə işıq salan irs

 

Mayın 6-da Mədəniyyət və İncəsənət Universitetində ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr edilmiş “Gələcəyə işıq salan irsmövzusunda konfrans keçirilib. Universitetin tələbə gənclər təşkilatının keçirdiyi konfransda ulu öndərin tarixi xidmətlərindən söz açılıb. Bildirilib ki, Azərbaycanın müasir tarixi dahi siyasətçinin adı ilə bağlıdır, onun möhtəşəm irsi gələcəyimizə işıq salır. Taleyüklü hadisələrlə dolu olan bu dövr ərzində Heydər Əliyev Azərbaycan dövlətini və millətini zamanın ən çətin sınaqlarından çıxararaq ölkəmizin ictimai-siyasi, iqtisadi tərəqqisinə nail olub.

Konfransda “Heydər Əliyev və milli təhsilimiz”, “Milli liderin incəsənət sevgisi”, “Qüdrətli dövlət qurucusu”, “Ümummilli lider və vətənpərvərlik”, “Heydər Əliyev və azərbaycançılıq məfkurəsi” adlı məruzələr dinlənilib.

 

Mədəniyyət.- 2014.- 7 may.- S. 6.