Lənkəranda kitab bayramı

 

Mayın 6-da Lənkəran şəhər Mərkəzi kitabxanası Mədəniyyət və Turizm Şöbəsi ilə birgə ulu öndər Heydər Əliyevin 91 illiyinə həsr olunmuş ənənəvi kitab bayramı keçirib.

Kitabxananın direktoru Validə Məmmədova ümummilli lider Heydər Əliyevin fəaliyyəti, kitabxana sahəsinə olan diqqət və qayğısından, xüsusilə son dövrlərdə bu sahədə qazanılan uğurlar və yeniliklər barədə danışıb. Rayon ağsaqqalı Kamal Kələntərli, yazıçı İltifat Saleh, MİHİ-nin Lənkəran şöbəsinin sədri Elduzə Əhmədova, şair Ağamir Cavad müasir cəmiyyətimizdə kitabın rolu haqqında söz açıblar.

Tədbirin bədii hissəsində maraqlı konsert proqramı təqdim olunub. Qonaqlar kitab sərgisi ilə tanış olublar.

 

Mədəniyyət.- 2014.- 7 may.- S. 6.