“Əli bəy
Hüseynzadə və türk
dünyası”
Jurnalistlər
arasında yazı müsabiqəsinə yekun
vurulub
Azərbaycan Mətbuat Şurası və Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin jurnalistlər arasında keçirdiyi “Əli bəy Hüseynzadə və türk dünyası” mövzusunda yazı müsabiqəsi başa çatıb. Əli bəy Hüseynzadənin 150 illik yubileyinə həsr olunmuş müsabiqənin məqsədi görkəmli mütəfəkkirin həyat və fəaliyyətinin təbliğinə yönəlmiş tədbirlərə dəstək verməkdir.
Mayın 3-də - Türkçülük Günündə müsabiqədə fərqlənənlərin mükafatlandırılması mərasimi olub. Mətbuat Şurasının sədri Əflatun Amaşov çıxış edərək Əli bəy Hüseynzadənin adı ilə bağlı müsabiqəyə belə bir əlamətdar gündə yekun vurulmasının təsadüfi olmadığını bildirib. Əli bəy Hüseynzadə türk dünyasının ən böyük şəxsiyyətlərindəndir. Onun böyük bir millətin gələcəyinə xidmət edən türkçülük ideyaları isə heç vaxt ölməyəcək.
ATXƏM-in sədri İlham İsmayıl görkəmli ədibin adı ilə bağlı müsabiqəyə jurnalist marağının yüksək olduğu bildirib. Aprelin 5-dən 30-dək müsabiqəyə müxtəlif mətbuat qurumlarından 44 material daxil olub. 1 nəfər birinci, 2 nəfər ikinci, 3 nəfər üçüncü yerə, 18 müəllif həvəsləndirici mükafata layiq görülüb.
Sonra qaliblər mükafatlandırılıb. Beş müəllifə Mətbuat Şurası və ATXƏM-in xüsusi mükafatı təqdim olunub.
Təltif olunanlar
arasında “Mədəniyyət” qəzetinin əməkdaşları
Tahir Abbaslı və Fariz
Yunisli də var.
Mədəniyyət.- 2014.- 7 may.-
S. 6.