Şuşa şəhər uşaq
incəsənət məktəbində hesabat
konserti
Mayın 3-də Dövlət Mahnı Teatrında Niyazi adına Şuşa şəhər uşaq incəsənət məktəbi şagirdlərinin ümummilli lider Heydər Əliyevin 91 illiyinə və 2012-2013-cü tədris ilinin yekununa həsr olunmuş hesabat konserti keçirildi.
Tədbiri məktəbin direktoru Mirkamil Ağamirov açaraq tədris ocağının hesabat konsertlərinin 22 ildir doğma Şuşadan kənarda keçirildiyini bildirdi: “Paytaxtın ən gözəl guşəsində fəaliyyətimizi davam etdirsək də, Şuşa ilə bağlı anlarımız bir an da olsun yaddan çıxmayıb. Pedaqoji kollektivimiz şagirdlərə sənətin sirlərini və incəliklərini çox böyük həvəslə öyrədirlər. Məktəbin yetirmələri də çəkilən zəhməti itirməyib. İndi onların bir çoxunun səsi-sorağı respublikamızın ən hörmətli təhsil ocaqlarından gəlir. Arzulayırıq ki, hesabat konsertlərimizi doğma Şuşamızda keçirək”.
Məktəbin müəllimi Aynur Ağamirova “Heydər Əliyev müstəqil Azərbaycanın qurucusudur” mövzusunda çıxış etdi: “Xalqımız xoşbəxtdir ki, ona Heydər Əliyev kimi müdrik siyasi xadim rəhbərlik edib. Bu sözlər dəfələrlə dünyanın bir sıra dövlət başçılarının dilindən eşidilib. O, bütün həyatını doğma xalqına həsr edən, milli dövlətçiliyin əsasını qoyan dahi liderdir”. Vurğulandı ki, ulu öndər dəfələrlə Şuşada olub, bu qədim şəhərin mədəni irsinə hər zaman diqqət göstərib, böyük şair Molla Pənah Vaqifin məqbərəsinin açılışında, “Vaqif poeziya günləri”ndə iştirak edib.
Tədbirdə Şuşa Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Zahid Abbasov çıxış etdi. Növbəti hesabat konsert münasibətilə pedaqoji heyətə və şagirdlərə təbriklərini çatdırdı. Məktəbin fəaliyyətindən söz açan şöbə müdiri bildirdi ki, bu işdə tədris ocağının direktoru Mirkamil Ağamirovun zəhməti çox böyükdür. O, 40 ildir yetişməkdə olan nəslin estetik tərbiyəsinin formalaşmasında səmərəli fəaliyyət göstərir. Z.Abbasov Şuşa Rayon Mədəniyyət və Turizm Şöbəsinin fəxri fərmanını direktor M.Ağamirova təqdim etdi. Şöbə müdiri onu da bildirdi ki, məktəbin yerləşdiyi Uşaq Yaradıcılıq Mərkəzi bu il əsaslı təmir olunacaq.
Çıxışlardan sonra konsert proqramı
təqdim edildi. Xor kollektivi
Rəşid Şəfəqin
“Ana yurdum- Azərbaycan”,
xalq mahnısı “Evləri var xana-xana” mahnılarını
ifa etdi. Məktəbin şagirdlərindən
Ayan Əliyeva Fikrət Əmirovun “Oyun”, Fərid Quliyev Səid Rüstəmovun “Alagöz”,
Pərvanə Nəcəfzadə
Əşrəf Abbasovun
“Aşıqsayağı”, Jalə
Məmmədova Tofiq Quliyevin “Qaytağı”, Rəşad Ağayev Süleyman Ələsgərovun
“İlk xatirələr”
mahnılarını səsləndirdilər.
Gənc musiqiçilər Bəhram
Nəsibovun “Qarabağ”,
Mirkamil Ağamirovun “Sabaha bizimlə gedəcək Şuşa”
və s. əsərləri
ifa etdilər.
Tədbirin sonunda məktəbin direktorunun əmri ilə hesabat konsertində fəal iştirak edən şagirdlər fəxri fərmanla təltif olundu, xor kollektivinin
üzvlərinə hədiyyələr
verildi.
S.Fərəcov
Mədəniyyət.- 2014.- 7 may.-
S. 7.