Turizmin inkişafında mehmanxana restoran təsərrüfatı

 

Mayın 3-də Azərbaycan Turizm İnstitutunda (ATİ) «Azərbaycanda turizmin inkişafında mehmanxana restoran təsərrüfatı - problemlər perspektivlər» mövzusunda elmi-praktik konfrans keçirildi.

ATİ-nin mehmanxana restoran biznesi kafedrasının təşkilatçılığı ilə keçirilən konfrans ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr edilmişdi.

Tədbirdə çıxış edən ATİ-nin rektoru, tarix elmləri doktoru, professor Cəfər Cəfərov ulu öndərin doğma Vətəni xalqı qarşısında müstəsna xidmətlərindən danışdı, onun gənclər təhsil siyasətinə daim böyük önəm verdiyini vurğuladı.

Ölkəmizdə turizm sənayesinin ixtisaslı kadrlarla təmin olunmasında bu sektorun inkişafında ATİ-nin rolundan bəhs edən C.Cəfərov bildirdi ki, ali təhsil müəssisəsi bu sahə üzrə elmi-praktik konfransların təşkilinə hər zaman diqqət ayırır.

Mehmanxana restoran biznesi kafedrasının müəllimi Tərlan Novrəsli konfrans barədə məlumat verərək, diqqətə çatdırdı ki, tədbirdə «Azərbaycanda turizm müəssisələrində çalışan işçilərin motivasiyası», «Mehmanxana restoran müəssisələrində xidmətlərin keyfiyyəti müştəri məmnuniyyəti» «Mehmanxana restoran müəssisələrinin təşkilatı idarəetmə» bölmələri üzrə 57 məruzə dinləniləcək.

Sonra konfrans işini bölmə iclaslarında davam etdirdi. «Azərbaycanda işgüzar turizm, ölkədə turizmlə bağlı problemlərin həlli yolları», «Turizm hotel işinin təşkilində reklamın rolu», «Turizm sənayesində sərgilərin əhəmiyyəti», «Restoran biznesində işçi heyətin motivasiyası», «Turizmin forma növləri», «Hotellərdə qidalanma sənayesi», «Qeyri-adi hotellər» digər mövzularda məruzələr dinlənildi, müzakirələr aparıldı.

 

 Fəxriyyə Abdullayeva

 

Mədəniyyət.- 2014.- 7 may.- S. 9.