İsveçrə
universitetlərinin nümayəndələri ATİ-nin
qonağı olub
Mayın 2-də Azərbaycan Turizm
İnstitutunda (ATİ) İsveçrənin
Glion və Le Roches universitetlərinin nümayəndələri
ilə görüş keçirilib.
Görüşdə Les Roches
Universitetinin rektoru
Sonya Tatar, Glion Universitetinin
regional inkişaf şöbəsinin
əməkdaşı Yuliya
Tokareva iştirak edib.
ATİ-nin rektoru
Cəfər Cəfərov
qonaqlara institutun tarixi, tədris siyasəti, ixtisasları, gələcək inkişaf
perspektivləri haqqında
ətraflı məlumat
verib. Qonaqlar da öz universitetləri haqqında
görüş iştirakçılarını
məlumatlandırıblar. Təhsil ocaqları arasında mümkün əməkdaşlıq
formaları, tələbə-müəllim
mübadiləsi və
sair məsələlər
barədə fikir mübadiləsi aparılıb.
Görüşün sonunda qonaqlara milli mədəniyyətimizi
və adət-ənənələrimizi
əks etdirən hədiyyələr təqdim
olunub.
Fəxriyyə Abdullayeva
Mədəniyyət.- 2014.- 7 may.-
S. 9.