Heydər Əliyev Fondunun 10 yaşı tamam olur

 

“İllər ötdükcə, qarşımıza yeni ideyalar çıxdıqca məqsədlərimiz xaraktercə dəyişir, amma Azərbaycan xalqına xidmət etmək amalı dəyişməz olaraq qalır”

 

“2004-cü ildə Heydər Əliyev Fondu fəaliyyətə başlayanda biz qarşımıza bir məqsəd qoymuşduq - doğma xalqımıza, vətənimizə xidmət etmək. Elə ilk günlərdən biz ölkəmizin ictimai-siyasi həyatının bütün sahələrinə dərindən nüfuz edərək genişmiqyaslı layihələr həyata keçirməyə başladıq. Fəaliyyətimizin çoxşaxəli olmasına baxmayaraq, prioritet istiqamətləri müəyyən etdikdaha çox diqqət tələb edən problemlərin həllində yaxından iştirak etməyə çalışdıq. Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələrin real nəticələri göz qabağındadır”.

Bu sözləri Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Fondun yaradılmasının 10-cu ildönümü ilə əlaqədar “Milli Məclis” jurnalına müsahibəsində bildirib.

Mehriban xanım Əliyeva Fondun əsas fəaliyyət istiqamətlərini diqqətə çatdırıb: Bu, yüz mindən çox şagirdin təhsil şəraitinin yaxşılaşmasına xidmət edən yüzlərlə yeni məktəb binasının istifadəyə verilməsi, valideyn himayəsindən məhrum olmuş uşaqlara diqqət və qayğının göstərilməsi, müasir avadanlıqla təchiz edilmiş yeni tibb mərkəzlərinin inşası, gənc istedadların dəstəklənməsi, tarixi abidələrin bərpası, qədim mədəniyyət və incəsənətimizin təbliği və nəhayət, Azərbaycanın əsrlər boyu formalaşmış tolerantlıq ənənələrinin qorunub saxlanıldığı dünyəvi bir ölkə kimi dünyaya tanıdılmasıdır”.

Müsahibədə vurğulanır ki, humanizm ideallarına arxalanaraq fəaliyyət göstərən Heydər Əliyev Fondu istər Azərbaycanda, istərsə də xarici ölkələrdə hər zaman köməyə ehtiyacı olanların yanındadır: “İnsanlara xidmətə yönəlmiş əməli işlərimizin ən böyük nəticəsi isə onların etimad və hörmətinin qazanılmasıdır. İllər ötdükcə, qarşımıza yeni ideyaplanlar çıxdıqca məqsədlərimiz xaraktercə dəyişir, amma əsas amalımız - Azərbaycan xalqına xidmət etmək amalı dəyişməz olaraq qalır və qalacaqdır”.

Fondun fəaliyyətinin mühüm bir istiqamətini mədəniyyət sahəsi təşkil edir: “Azərbaycanda mədəniyyət sahəsində çox böyük işlər görülür. Mədəniyyət ocaqları təmir-bərpa edilir. Yeni muzeylər, teatrlar tikilir, əvvəllər tikilmiş mədəniyyət infrastrukturu yeniləşir, müasirləşir. Mədəni irsimizin qorunması işində Heydər Əliyev Fondu fəal iştirak edir. Bakıda Beynəlxalq Muğam Mərkəzinin inşası və dünyada ilk dəfə olaraq Azərbaycanda Beynəlxalq Muğam Festivalının keçirilməsi Heydər Əliyev Fondu tərəfindən təşkil olunmuşdur. Qəbələ Beynəlxalq Musiqi Festivalı, Mstislav Rostropoviç adına Beynəlxalq Musiqi Festivalı, dünya şöhrətli musiqiçilər Üzeyir Hacıbəyli, Bülbül, Dmitri ŞostakoviçŞopenin yubileylərinə həsr olunmuş beynəlxalq festivallar müxtəlif ölkələri təmsil edən musiqiçilərə ünsiyyət və əməkdaşlıq üçün əlverişli şərait yaradaraq mədəniyyətlərarası dialoqun möhkəmləndirilməsinə öz töhfəsini verir.

Müasir İncəsənət Muzeyinin yaradılması və Azərbaycan müasir incəsənətinin dünyaya tanıdılması istiqamətində görülən işləri xüsusi vurğulamaq istərdim. Dünyanın bir çox ölkələrində təşkil olunmuş “Bakıya uçuş. Müasir Azərbaycan incəsənəti” sərgisi çərçivəsində müxtəlif janrlarda yüzdən çox əsər nümayiş etdirilmişdir. Fond dünya mədəniyyəti nümunələrinin Azərbaycan tamaşaçısına təqdim edilməsinə xüsusi önəm verir”.

Müsahibədə mədəni irsimizin dünyaya layiqincə təqdim olunmasının əhəmiyyəti vurğulanır: “Qobustan” Dövlət Tarixi-Bədii Qoruğu, İçərişəhər, Qız qalası, Şirvanşahlar Sarayı Kompleksi UNESCO-nun Dünya Mədəni İrs Siyahısına; Azərbaycan muğamı, aşıq sənəti, xalçaçılıq sənəti, tar ifaçılığı və hazırlanması sənəti, eləcə də Novruz bayramı UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilmişdir. Biz bunu mədəniyyətimizə verilən ən yüksək qiymət kimi dəyərləndiririk”.

Qeyd olunur ki, tarixi-mədəni irs müntəzəm qayğı tələb edir: “Mən dəfələrlə bunu söyləmişəm ki, itmiş hər hansı maddi dəyər əvəzedilməzdir və bu, gələcək nəsillərə qarşı cinayətdir. Ona görə də həm ölkəmizdə, həm də xaricdə mədəni irsin qorunması üçün əlimizdən gələni edirik”.

Azərbaycanın tarixi həqiqətlərinin, Dağlıq Qarabağ münaqişəsinin, XX əsrin ən dəhşətli soyqırımı hadisəsi olan Xocalı faciəsinin dünya ictimaiyyətinə çatdırılması da hər zaman diqqət mərkəzindədir: “Heydər Əliyev Fondu bu münaqişə, azərbaycanlılara qarşı həyata keçirilmiş soyqırımı siyasəti haqqında həqiqətlərin və faktların dünya parlamentlərinə, beynəlxalq ictimaiyyətə çatdırılması üçün ardıcıl və davamlı fəaliyyət göstərir. Bu məqsədlə xarici ölkələrdə tədbirlər keçirilir, sərgilər təşkil olunur, müxtəlif dillərdə bukletkitablar nəşr edilir. Bizim məqsədimiz Azərbaycan həqiqətlərini bütün dünyaya çatdırmaq və məkrli erməni təbliğatını ifşa etməkdir. “Xocalıya ədalət!” kampaniyasının bir çox ölkələrdə uğurla həyata keçməsinin başlıca bir səbəbi vardır. Bu, tarixi həqiqətlərin dünya ictimaiyyəti tərəfindən qəbul olunmasıdır”.

 

Mədəniyyət.- 2014.- 9 may.- S. 2.