Milli Dram Teatrı Türkiyədə növbəti festivalda

 

Bu günlərdə Adanada keçirilən Sabançı Beynəlxalq Teatr Festivalında iştirak edən Akademik Milli Dram Teatrının yaradıcı qrupu daha bir sənət bayramına qatılmaq üçün Türkiyənin Konya şəhərinə yola düşüb. Teatr Konyada keçirilən “Min nəfəs - bir səsfestivalındaKitabi-Dədə QorqudeposununDirsə xan oğlu Buğacboyu əsasında hazırlanmışİlahi oyuntamaşasını təqdim edəcək.

Tamaşanın quruluşçu rejissoru Mikayıl Mikayılov, quruluşçu rəssamı Mustafa Mustafayev, musiqi tərtibatçısı Amid Qasımov, işıq üzrə rəssamı Rafael Həsənovdur. Səhnə əsərində əməkdar artistlər Vidadi Həsənov, Pərviz Məmmədrzayev, aktyorlar Nigar Güləhmədova, Novruz Novruzlu çıxış edirlər.

Akademik Milli Dram Teatrının “İlahi oyun” tamaşası mayın 10-da, ulu öndərin doğum günündə nümayiş olunacaq. Nümayiş üçün bu günün seçilməsi təsadüfi deyil. “Kitabi-Dədə Qorqud” dastanının Azərbaycan xalqının mühüm tarix və mədəniyyət qaynaqlarından biri kimi araşdırılması və dünyada geniş tanıdılması ümummilli liderin adı ilə bağlıdır. Ulu öndərin müvafiq fərmanı ilə dastanın 1300 illik yubileyi 2000-ci ildə türkdilli dövlət başçılarının iştirakı ilə Bakıda, eləcə də UNESCO səviyyəsində qeyd olunub.

 

Mədəniyyət.- 2014.- 9 may.- S. 3.