“Qloballaşma prosesi və Heydər Əliyev fenomeni”
Mədəniyyət və İncəsənət
Universitetində konfrans
Mayın
8-də Azərbaycan Dövlət
Mədəniyyət və
İncəsənət Universitetində
ümummilli liderin anadan olmasının 91-ci ildönümünə həsr
edilmiş “Qloballaşma
prosesi və Heydər Əliyev fenomeni” mövzusunda elmi-nəzəri konfrans keçirilib.
Universitetin rektoru, professor Fərəh
Əliyeva konfransda çıxış edərək
Azərbaycan tarixində
misilsiz xidmətləri
olan qüdrətli dövlət xadiminin mədəniyyətimizə, milli-mənəvi
dəyərlərimizə qayğısından
söz açıb:
“Mədəniyyətimizin elə
bir sahəsi yoxdur ki, Heydər
Əliyevin qayğısından
bəhrələnməsin. Heydər Əliyev Azərbaycan mədəniyyətinin inkişafında
yeni bir dövrün əsasını
qoydu. Mədəniyyətimiz, milli-mənəvi dəyərlərimiz beynəlxalq
aləmdə tanındı.
Danılmaz faktdır ki,
Azərbaycan mədəniyyətinin
görkəmli xadimləri
Heydər Əliyev dövründə olduğu
qədər heç zaman tanınmamışdır.
Ulu öndər mədəniyyətimizi
yaradan, onu inkişaf etdirən insanların əməyini
yüksək qiymətləndirir,
onların daim qayğısını çəkirdi.
O deyirdi: “Hər bir xalq bir
çox xüsusiyyətləri
ilə tanınır,
sayılır və dünya xalqları içərisində fərqlənir.
Bu xüsusiyyətlərdən
ən yüksəyi, ən böyüyü mədəniyyətdir”.
Rektor ulu öndərin təhsil və mədəniyyət sahəsindəki
konsepsiyalarının tarixi
uzaqgörənliklə formalaşdırılmasını
diqqətə çatdırıb:
“Heydər Əliyevin mədəniyyət konsepsiyası
çox dərin və geniş anlayışdır.
Bu gün Azərbaycanın
təhsil və mədəniyyət sahəsində
Heydər Əliyev tərəfindən əsası
qoyulan müasir siyasətin və idarəçiliyin aparıcı
istiqamətləri keçmişi,
milli-mədəni sərvətləri
qoruyub saxlamaq, indiki nailiyyətləri dəstəkləmək və
inkişaf etdirmək,
gələcəyə inamla
baxmaqdır”.
Bildirilib ki, bu gün
Prezident İlham Əliyev ümummilli liderin ideallarını yeni tarixi şəraitdə
uğurla həyata keçirir, onun yolunu layiqincə davam etdirir. Eyni zamanda, Heydər Əliyev Fondunun Azərbaycan mədəniyyətinin
dünya ictimaiyyətinə
çatdırılması və bu yöndə
uğurlu fəaliyyətini
ulu öndərin mədəniyyət konsepsiyasının
davamı kimi dəyərləndirmək lazımdır:
“Ulu öndər Heydər Əliyevin çoxşaxəli fəaliyyətində
elm, təhsil, mədəniyyət,
səhiyyə və idmanın inkişaf etdirilməsi də əhəmiyyətli yer tuturdu. Onun adını daşıyan
Fond da bu sahələrdə layihələrin
həyata keçirilməsinə,
xüsusilə də milli-mənəvi dəyərlərin
qorunmasına və təbliğinə yardım
edir. Qürurverici haldır ki,
bu gün Azərbaycan mədəniyyət
sahəsində bir çox beynəlxalq tədbirlərə ev sahibliyi edir”.
Konfransda “Heydər Əliyevin mədəniyyət
konsepsiyası”, “Heydər Əliyev və ifaçılıq
sənəti”, “Heydər Əliyev və Azərbaycan
teatrı”, “Milli mədəniyyətin hamisi”, “Əvəzolunmaz lider,
uzaqgörən şəxsiyyət”, “Heydər Əliyev irsində
milli muğam problemləri”
adlı məruzələr dinlənilib.
Mədəniyyət.- 2014.- 9 may.-
S. 4.