“Azərbaycan beynəlxalq
münasibətlər sistemində”
Mayın 8-də Mətbuat Şurasının keçirdiyi “Azərbaycan beynəlxalq münasibətlər sistemində” mövzusunda jurnalist yazıları müsabiqəsinə yekun vurulub.
Şuranın reallaşdırdığı “Beynəlxalq münasibətlər mövzusu ölkəmizin kütləvi informasiya vasitələrində: mövcud durum və peşəkarlığın artırılması yolları” layihəsi çərçivəsində təşkil olunan müsabiqə ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr edilib.
Beynəlxalq Mətbuat Mərkəzində
keçirilən tədbirdə çıxış edən
Mətbuat Şurasının sədri Əflatun Amaşov müsabiqənin əhəmiyyətindən
danışıb. Çıxışlardan sonra
“Azərbaycanın beynəlxalq münasibətlər sistemi və Heydər Əliyev şəxsiyyəti”,
“Azərbaycanın müasir beynəlxalq
münasibətlər sistemində yeri və
rolu” və “Beynəlxalq siyasi
proseslərdə qlobal maraqlar”
istiqamətləri üzrə müsabiqənin qaliblərinə
və fərqlənənlərə mükafatlar
təqdim olunub. Mükafatlandırılanlar
arasında “Mədəniyyət” qəzetinin əməkdaşı
Vüqar Əliyev də var.
Mədəniyyət.- 2014.- 9 may.-
S. 4.