Bələdiyyə Teatrından yeniDiaqnoz

 

Mayın 6-da Akademik Milli Dram Teatrında Xalq yazıçısı Elçinin əsəri əsasında Bakı Bələdiyyə Teatrı tərəfindən səhnələşdirilən “Mənim ərim dəlidir - Diaqnoz “D” tamaşasının premyerası keçirildi.

Müəllifin bu pyesi indiyədək bir sıra teatrlarda tamaşaya qoyulub. Bakı Bələdiyyə Teatrının yaradıcı heyəti əsərə öz yozumunu verib. Premyerada Xalq yazıçısı Elçin, Bakı Bələdiyyə Teatrının bədii rəhbəri, Xalq artisti Amaliya Pənahova və teatrsevərlər iştirak edirdi.

Tamaşada cərəyan edən hadisələr dövrün bir çox ziddiyyətli məsələlərini səhnəyə gətirməyə imkan verib. Əsərdə SSRİ-nin dağılmasından sonra ölkədə müxtəlif qrup insanların “fəaliyyəti”ndən, onların öz istəklərinə çatması üçün hər cür əməllərə əl atmasından bəhs olunur, dövlətə, millətə və milli-mənəvi dəyərlərimizə münasibətlərinin üzü açılır. Əsərin baş qəhrəmanı ağıllı, savadlı bir insandır. Ancaq ətrafında olan “dəllallar”, “kommunistlər” və “demokratlaronun fəaliyyətinə, yaşam tərzinə mane olurlar. Onlar hərəsi bir-birinə zidd xahişlə yanına gələrək onu dəlilik həddinə çatdırırlar. Burada ailə münasibətlərinin gərginliyi də öz əksini tapıb.

İki hissədən ibarət olanDiaqnoz D” komediyası AnkaradaLondonda da nümayiş olunub. Yaxın vaxtlarda isə İspaniyanın paytaxtı Madriddə teatrsevərlərə təqdim olunacaq.

Tamaşanın quruluşçu rejissoru, Əməkdar incəsənət xadimi Oruc Qurbanovdur. Rolları Hüsniyyə Mürvətova, İlqar Musayev, Toğrul Rza, Ülviyyə Rza, Əfqan Sultanov oynayırlar.

 

Fariz

 

Mədəniyyət.- 2014.- 9 may.- S. 5.