Qubadlı kitabxanaçılarının kitab bayramı

 

Mayın 7-də Qubadlı rayonu Mərkəzləşdirilmiş Kitabxana Sisteminin təşkilatçılığı ilə Sumqayıt şəhəri 12-ci mikrorayondakı texniki fənlər təmayüllü liseyin həyətində ulu öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş kitab bayramı keçirildi. Qubadlı Rayon İcra Hakimiyyətinin təşəbbüsü, Mədəniyyət və Turizm Nazirliyinin Kitabxana sektorunun tövsiyəsi ilə keçirilən tədbirdə ictimaiyyət nümayəndələri, yazarlar iştirak edirdilər. Tədbirə gələnlər “Heydər Əliyev və mədəniyyətimiz”, “Müstəqil dövlətimizin qurucusu”, “Ana dili varlığımızdır”, “Yeni kitablar”, “Qarabağ qan yaddaşımızdır”, “Dünya uşaqların gözü ilə” və s. başlıqlı sərgiyə maraqla baxdılar.

 

Müşgünaz Muradova,

 

Qubadlı rayon MKS-nin direktoru

 

Mədəniyyət.- 2014.- 9 may.- S. 5.