Neftçalada anım tədbiri

 

Şuşa şəhərinin işğalının 22-ci ildönümü ilə bağlı mayın 8-də Neftçala Rayon Tarix-Diyarşünaslıq Muzeyində anım tədbiri keçirilib.

Tədbirdə muzeyin elmi işçisi Aygün Əzizova Şuşa şəhərinin tarixi, işğalın acı nəticələri haqqında məlumat verib. Neftçala şəhər 3 saylı körpələr evinin yetirmələrinin, “Muğanliseyi şagirdlərinin hazırladığı ədəbi-bədii kompozisiya təqdim olunub, “Azərbaycan - bura mənim torpağımdır” adlı slayd nümayiş etdirilib.

 

Mədəniyyət.- 2014.- 9 may.- S. 6.