“Yazılsın
tarixə bir qızıl xətlə...”
Faşizm üzərində Qələbənin 69-cu ildönümü, respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da qeyd olunur.
Mayın 7-də Mədəniyyət evində Mədəniyyət və Turizm Şöbəsi, Mərkəzi kitabxana və Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqının (MİMHİ) Qazax rayon təşkilatı ilə birlikdə dəyirmi masa keçirilib. Tədbiri MİMHİ-nin Qazax rayon təşkilatının sədri İsgəndər Qurbanov açaraq Azərbaycan xalqının II Dünya müharibəsi illərində döyüş və əmək rəşadətindən danışıb. Kitabxananın şöbə müdiri Sədaqət Qasımova mövzu ətrafında məruzə edib.
Mədəniyyət və Turizm Şöbəsinin müdiri Valeh Vəliyev, MKS-nin direktoru Solmaz Babanlı, 2 saylı musiqi məktəbinin direktoru Ramil Qurbanov, mədəniyyət mərkəzinin metodisti Məfrubə Sadıqova, kitabxanaçı Rufina Namazova çıxışlarında qeyd ediblər ki, veteranlarla belə görüşləri mütəmadi olaraq keçirməli, gənc nəsli Vətənə məhəbbət ruhunda tərbiyə etməliyik.
Müharibə veteranlarından rayon
Ağsaqqallar Şurasının sədri Xanqulu Süleymanov, Nəbi
Nəbiyev keçdikləri döyüş
yollarından söhbət açıblar. MİMHİ-nin
Qazax rayon təşkilatının
dəstəyi ilə veteranlara hədiyyələr
təqdim edilib və gənc aşıq Elvin Səfərovun ifasında saz
havaları dinlənilib. Tədbir “Yazılsın tarixə bir qızıl xətlə, 45-ci ilin 9 May günü”
başlıqda sərgiyə baxışla sona
çatıb.
Mədəniyyət.- 2014.- 9 may.-
S. 7.