Milli atüstü oyunlar festivalı başa çatdı

 

Xəbər verdiyimiz kimi, mayın 3-dən 7-dək Mədəniyyət Turizm Nazirliyinin Şəki rayonunun Daşüz kəndində yerləşən Respublika Atçılıq Turizm Mərkəzində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş milli atüstü oyunlar festivalı keçirilib.

Mədəniyyət Turizm Nazirliyinin Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə gerçəkləşən festivalda BakıSərhədçi» «Polad» komandaları), Şəki, Yevlax şəhərlərini, Balakən, Zaqatala, Qax, Oğuz, Qəbələ, İsmayıllı, Ağcabədi, Ağdam, Ağstafa, Goranboy, Laçın Xaçmaz rayonlarını təmsil edən 16 komanda iştirak edib. Ötən sayımızda festival proqramına daxil olan papaq, sürpapaq yaylıq oyunlarının yekunları barədə məlumat vermişdik. Papaq oyunu üzrə birinciliyi İsmayıllı komandası, sürpapaq oyunu üzrə Ağstafa komandası qazanıb. Yaylıq oyununun qalibi Xaçmaz komandası olub.

Çövkən oyunu üzrə qarşılaşmalar xüsusilə maraqlı keçib. Yarımfinalda Ağcabədi təmsilçiləri Balakən komandasına (2:1), Bakının «Sərhədçi» komandası isəPoladkomandasına (2:0) qalib gəlib. 3-cü yer uğrunda oyunda «Polad» komandası Balakən təmsilçilərindən üstün (2:0) olub.

Mayın 7-də final görüşündə Bakının «Sərhədçi» komandası Ağcabədi təmsilçilərinə 5:0 hesabı ilə qalib gələrək birinciliyi qazanıb.

Sonra festivalın təntənəli bağlanış mərasimi keçirilib. Mərasimdə Mədəniyyət Turizm Nazirliyi Aparat rəhbərinin müavini, festivalın keçirilməsi üzrə təşkilat komitəsinin üzvü Cavanşir Cəfərov, Şəki Şəhər İcra Hakimiyyətinin Respublika Atçılıq Turizm Mərkəzinin nümayəndələri iştirak ediblər. Oyunların qaliblərinə Mədəniyyət Turizm Nazirliyinin diplomları pul mükafatları təqdim olunub.

Şəki Şəhər Mədəniyyət Turizm Şöbəsinin müdiri Mirvari Zeynalova festival iştirakçılarının Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciətini oxuyub. Müraciətdə Azərbaycan xalqının milli-mədəni irsinin qorunması, təbliği tanıdılması istiqamətində apardığı siyasətə görə dövlət başçısına dərin minnətdarlıq ifadə olunub. Dövlətimiz müstəqilliyini bərpa etdikdən sonra xalqımızın yenidən sahib olduğu milli dəyərlər sırasında xalq milli oyunları ön cərgələrdə yer tutur. Müstəqil Azərbaycan dövlətinin memarı qurucusu, ümummilli lider Heydər Əliyev əcdadlarımızdan bizə miras qalmış zəngin maddi mədəni irsə böyük diqqət qayğı ilə yanaşmağı dönə-dönə tövsiyə etmiş, azərbaycançılıq ideologiyasının formalaşmasında bunların aparıcı amillər olduğunu hər zaman xatırlatmışdır. Xalqımızın mədəni irsi olan milli atüstü oyunların qorunub saxlanılması, qədim tarixə malik atçılıq ənənələrinin bərpası, ölkəmizdə atçılıq turizminin təbliği, gənc nəsildə bu sahəyə marağın oyadılması məhz ulu öndərin arzu istəklərinin gerçəkləşdirilməsi zərurətindən irəli gəlir,- deyə müraciətdə bildirilir.

 

Fəxriyyə

 

Mədəniyyət.- 2014.- 9 may.- S. 8.