Şuşa - Azərbaycan musiqisinin beşiyi

 

Özbəkistan informasiya saytında məqalə dərc olunub

 

Ölkəmizin Özbəkistandakı səfirliyinin nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı və təşəbbüsü ilə "sharh.uz" aparıcı informasiya agentliyinin saytında “Şuşa - Azərbaycan musiqisinin beşiyi” ("Şuşa - kolıbelğ Azerbaydjanskoy muzıki") adlı məqalə yerləşdirilib.

Məqalədə Şuşanın Azərbaycanın mədəni və ədəbi həyatında rolu, tanınmış şuşalılar haqqında məlumatlar və fotoşəkillər verilib. Müəllif regionda yenidən sülhün bərqərar olacağına, Şuşanın yenidən Azərbaycanın abad, çiçəklənən və firavan diyarına çevriləcəyinə əmin olduğunu bildirir.

 

Mədəniyyət.- 2014.- 9 may.- S. 8.