Mavigözlü Belarusu görmək istərdinizmi?

 

 Dünya turu

 

Şərqi Avropada, qitənin ən mühüm kommunikasiya arteriyalarının kəsişməsində yerləşən Belarus əsrarəngiz təbiət mənzərələri, tarixi yerləri, istirahət məkanları ilə bir çox ölkələrdən turistləri cəlb edir. Qonaqpərvərliyi ilə seçilən ölkədə müasir hava, avtomobil və dəmiryolu nəqliyyatı şəbəkəsi turizmin inkişafına zəmin yaradır. Bizbu yazıda “vikinqlərdən yunanlara qədər” yolların keçdiyi bu torpaqlara qısa səyahət etmək istərdik.

Burada hər kəsin könlünə uyğun istirahət imkanı, məşğuliyyət tapmaq olar. Məsələn, romantik insanlar Belarus təbiətindən, onun memarlıq incilərindən, çay və göllərin sirli gözəlliklərindən saatlarla zövq ala bilərlər. Turist xanımlar, əlbəttə ki, Belarusun dadlı milli mətbəx reseptlərini də yazmaq istəyəcəklər. Balaca səyahətçilər isə ilin hətta ən isti vaxtlarında da fəaliyyət göstərən Şaxta babanın iqamətgahına getməyə can atacaqlar. Burada zebrləri yemləmək, vəhşi heyvanları qəfəsdə deyil, azadlıqda görmək mümkündür. Kişilərə gəlincə, kim yaxşı balıq ovundanya ümumiyyətlə, ovdan imtina edər?

Belarus həm də yaşıllıq turizmi üçün uyğun məkandır. Milli parklar, qoruqlar, landşaft bioloji ehtiyatlar... Təbiət bütün bunları Belarus torpaqlarına sanki böyük səxavətlə bəxş edib. Ölkənin hansı hissəsinə dincəlməyə yollanmaq istəsəniz, sizi hər yerdə təkrarolunmaz mənzərələr gözləyir: keçilməz meşələr, ağcaqayın ağacları, çəmənliklər, mənzərəli dağlar, yüzlərlə göl çaylar. Belarusun altı vilayətinin hər biri tarixi mədəni abidələrlə zəngindir, qonaqları cəlb etmək üçün özünəməxsusluğu var. Burada hər kəs qonaqpərvərliyin olduğunu bilir bu ənənələrlə yaşayır.

 

Qəsrlər, qalalar qüllələr

 

Belarus qəsrlər ölkəsidir. Bu ölkənin tarixi yaddaşına bir çox döyüşlərin salnaməsi həkk olunub. Axı böyük ticarət yolları bu torpaqlardan keçib bu ərazilər qonşular üçünyağlı tikəolub. Şübhəsiz ki, bütün bunlar müdafiə tipli obyektlərin meydana gəlməsini zəruri edirdi. Qədim dövrlərdə ənənəvi slavyan müdafiə tikililəri - qalalar meydana gəlib. Artıq XIII əsrdə daşdan tikilmiş qala qəsrlər meydana gəlib ki, bu nümunələrə Belarusun qərb sərhədlərində rast gəlmək olar. Daş qalaların kütləvi inşası XIV - XV əsrlərə təsadüf edir məhz bu dövrdə Novoqrudka, Lide, Qrodno digər qala-şəhərlər meydana gəldi. İntibah dövründə isə qalalar təkcə müdafiə tipli obyektlər deyil, həm mülkiyyətçinin iqamətgahına çevrildi. Mir qalası, Nesvij qala-saray kompleksi hələ intibah dövrünün ruhunu saxlayır. XIX əsrin əvvəllərində alınmaz qalalar - Brest Bobur qalaları inşa olunub. Hətta yüz il sonra, Böyük Vətən müharibəsinin ilk günlərində Brest qalası bir ay Hitler ordusunun hücumlarına davam gətirdi. Əlbəttə, mavigözlü Belarusun tarixində dərin izləri olan, müdafiə memarlığının bu mirvarilərini, yəqin ki, hər kəs görmək istəyər.

Onu da qeyd edək ki, Belarus həm , Qərb Şərq mədəniyyətinin kəsişdiyi məkandır. Burada polyak şlyaxtaları, rus dvoryanları, yerli zadəgan nəsilləri yaşayıb. Günümüzə qədər qorunub-saxlanılan saraylar mülklər: Sapeqov, Rumyantsev, Pastkeviç, Çapcki, Tizenqauza bu nəsillərə aiddir. Əlbəttə, tarixin yadigarı olan bu tikililər turistləri ən çox özünə cəlb edən məkanlardandır.

Siz bu ölkədə yüzlərlə heyrətamiz tarixi abidə görəcək, həm belarusların hədsiz qonaqpərvərliklərindən təəccüblənəcəksiniz. Hazırda ölkə ərazisindəki 5 abidə, tarixi məkan irs nümunəsi UNESCO-nun maddi qeyri-maddi mədəni irs siyahılarına daxildir: Nesvij Mir qalaları, Belovejskaya puşa qoruğu, “Struve qövsü”, ölkənin əyləncəli karnaval mərasimi olanKolyad çarlarızəngin təəssüratlar əldə etmək üçün yəqin hər bir turistə maraqlı olar.

 

Muzeylər teatrlar

 

Belarusun tarixi həm turistlərə onun mədəniyyəti, mentaliteti, məişəti ilə tanışlıq imkanı verir. Sizləri xarici yerli sənətkarların yaradıcılıq nümunələri muzeylərin sərgi salonlarında gözləyir. Bundan başqa, ölkənin muzey fondlarında arxeoloji tapıntıların kolleksiyası da qorunur ki, bu da sizlər üçün maraqlıdır. Belarusda tarix, etnoqrafik, bədii, təbiət qoruq-muzeyləri fəaliyyət göstərir. Teatrlara gəlincə, bu, Belarusda incəsənətin ən qədim geniş yayılmış formasıdır. Yanki Kupali adına Milli Akademik Teatrı, Milli Akademik Opera Balet Böyük Teatrı, Maksim Qorki adına Milli Akademik Dram Teatrı, Dövlət Kukla teatrlarının səhnələrində göstərilən tamaşalar sakinlərdə qonaqlarda xüsusi maraq yaradır. Bu teatrları repertuarları öz janrına müxtəlifliyinə görə fərqləməklə yanaşı, tamaşaları milli tematikaya görə aparıcı yer tutur.

 

Milli parklarqoruqlar

 

Unikal müalicəvi mineral sulara və müalicəvi palçıqlara malik olan Belarus təbiətin ona verdiyi bu zənginliklərlə daim turistləri cəlb edir. Ölkə ərazisinin üçdəbiri meşələrdir. Bol oksigenistehsal edən” Belarusun bataqlıqları Avropanın “ağciyəri” hesab olunur. Təkrarolunmaz gözəllikləri olan milli parklar isə Belarusun fəxridir. Bu parkların ərazisində 70 növdə heyvan və 300 növə yaxın quş var ki, onlardan bəziləri nadir növlərdir. Avtomobillə və ya piyada səyahət, qayıq və ya təyyarə ilə cazibədar səyahət sizə rəngarəng bitkiheyvanat aləmi ilə tanışlıq imkanı verəcək. Ekoloji yollarla səyahət etməklə isə ekolojibioloji təbiət kompleksləri haqqında daha çox məlumat əldə edə biləcəksiniz.

 

Aktiv turizm

 

Belarus həm də aktiv turizmi ilə populyardır. Bu isə sağlamlığa aparan ən sadə yoldur. Ölkənin görməli yerlərinə velosipedya atla yollanmaq olar. Suda aktiv turizmə üstünlük verənlər üçün isə baydarkaya qayıqlarda Belarusun gözəl çaylarında üzmək maraqlı olacaq. Ekstermal hava turizminə üstünlük verən adrenalin həvəskarları isə təyyarədən paraşütlə tullana bilərlər. Aktiv turizmin ən geniş yayılmış və əlverişli forması piyada səyahətdir. Belarusun qoruqmilli parklarında xüsusi turist marşrutları var. Bu yollarda xüsusi kətillər quraşdırılıb ki, bu da turistlərin bataqlıq və meşələrin toxunulmazlığını pozmamağa hesablanıb. Doğrudur, piyada səyahət turizmi fiziki baxımdan ağır olsa da, insana gözəl emosiya verir, təbiətə yaxınlaşdırır. Hazırda ölkədə atçılıq turizmiinkişaf etdirilir.

Məhz təbiətlə baş-başa qalmaqla biz sadəcə özümüz ola bilərik. Əsas istirahət sizin əhval-ruhiyyəniz, emosiyanızdır ki, bu torpaqlarda istirahət etməklə Belarusdan evinizə gözəl əhvalla qayıdacaqsınız.

 

Mehparə

 

Mədəniyyət.- 2014.- 9 may.- S. 10.