“Lermontov
Qafqazda” yürüşü
Qusardan keçib
Məşhur rus şairi Mixail Lermontovun anadan olmasının 200 illiyi ilə əlaqədar Penza şəhərindən start götürmüş “Lermontov Qafqazda” adlı beynəlxalq ədəbiyyat avtoyürüşünün iştirakçıları Qusar rayonunda olublar. Yürüş iştirakçıları şairin Qusar şəhərində 1837-ci illərdə yaşadığı evin qabağındakı barelyefi önünə gül dəstələri qoyub və xatirə şəkilləri çəkdiriblər.
Qusar Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri David İbramxəlilov qonaqlara bölgə haqqında ətraflı məlumat verib və onları maraqlandıran sualları cavablandırıb. Qonaqlar Qusar Rəsm Qalereyasına baş çəkib, şəhərin digər görməli yerləri ilə tanış olublar.
Avtoyürüşün təşkilatçısı
və qrupun rəhbəri Denis
Simonov səmimi qarşılanmaya və
qonaqpərvərliyə görə təşəkkür edib, belə görüşlərin gələcəkdə
də davam etdiriləcəyini bildirib.
Mədəniyyət.- 2014.- 9 may.-
S. 10.