Mədəniyyətimizin
böyük hamisi
Mayın 8-də Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə yığıncaq keçirilib. Tədbiri teatrın direktoru Tofiq Heydərov açaraq ulu öndərin tarixi xidmətlərindən, Azərbaycanda taleyüklü məsələlərin həllində atdığı qətiyyətli addımlardan danışıb. Teatrın aparıcı aktyorlarından Xalq artisti Qabil Quliyev, əməkdar artistlər Adil Zeynalov, Sücəddin Mirzəyev, aktrisa Qızılgül Quliyeva, həmkarlar ittifaqının sədri Miraslan Ağayev və başqaları çıxış edərək Heydər Əliyevin mədəniyyətimizə, incəsənət xadimlərinə qayğısından söz açıblar. Bildirilib ki, Lənkəran Dövlət Dram Teatrı 1973-cü ildə ümummilli liderin xeyir-duası ilə fəaliyyətini bərpa edib. Mədəniyyətimizin böyük hamisi olan Heydər Əliyevin sərəncamları ilə teatrın onlarla işçisi fəxri adlara və dövlət mükafatlarına layiq görülüblər.
Aynur Əhmədova,
Lənkəran
Dövlət Dram Teatrının
aktrisası
Mədəniyyət.- 2014.- 9 may.-
S. 11.