Ulu öndərə məhəbbətin təcəssümü

 

Müasir Azərbaycan dövlətinin banisi Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə Şirvan şəhər Mərkəzi kitabxanasında tədbir keçirildi. Tədbirdə Şirvan Dövlət İqtisadiyyatHumanitar Kollecinin tələbələri və fəal oxucular iştirak edirdilər.

Oxu zalının müdiri Mehriban Novruzova tədbiri açaraq ulu öndərin ölkəyə rəhbərliyinin bütün dövrlərində Azərbaycan gənclərinə xüsusi diqqət və qayğı ilə yanaşdığını qeyd etdi, onların sağlam böyüməsi, təhsil alması ilə əlaqədar sərəncamların imzalandığını, dövlət proqramlarının qəbul edildiyini vurğuladı.

Tələbə Aytən Qurbanova və digər çıxış edənlər bildirdilər ki, Azərbaycan xalqı bəşər tarixinin milli liderlər sırasında xüsusi yer tutan ulu öndər Heydər Əliyevlə qürur hissi duyur. O, xalqımızın müstəqillik arzusunu gerçəkliyə çevirərək milyonların qəlbində özünə əbədi abidə ucaldıb. Fəxrlə söyləmək olar ki, ümummilli liderin siyasəti onun layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyev cənabları tərəfindən uğurla davam etdirilir.

Sonda tədbir iştirakçıları ümummilli liderə həsr olunmuş kitab sərgisi ilə tanış oldular.

 

Rəna Ələkbərova,

 

Şirvan şəhər Mərkəzi kitabxanasının əməkdaşı

 

Mədəniyyət.- 2014.- 9 may.- S. 12.