“Qız qalası” beynəlxalq incəsənət festivalı

 

Bakıda “Qız qalası” V beynəlxalq incəsənət festivalı keçirilir. Festival Heydər Əliyev Fondunun təşəbbüsü və xüsusi dəstəyi, Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin, IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin, Müasir İncəsənət Muzeyinin və “Qız qalası” incəsənət qalereyasının birgə təşkilatçılığı ilə reallaşır. Qız qalasının qarşısındakı meydanda festival iştirakçılarının rəngarəng əl işləri nümayiş olunur. 2010-cu ildən etibarən keçirilən festivalın əsas məqsədi Azərbaycanın qədim və sirli abidəsi, Bakının rəmzi olan Qız qalasının dünyada təbliğinə və tanıdılmasına töhfə verməkdir.

 

Mədəniyyət.- 2014.- 9 may.- S. 16.