Sankt-Peterburq orkestrinin konserti

 

Mayın 13-də Heydər Əliyev Sarayında VII Beynəlxalq Mstislav Rostropoviç Festivalı çərçivəsində SSRİ Xalq artisti, dirijor Yuri Temirkanovun rəhbərliyi ilə Sankt-Peterburq Filarmonik Orkestrinin konserti keçirildi. Konsertin solisti violin ifaçısı, beynəlxalq müsabiqələr laureatı Sergey Doqadin idi. Proqramda dünya şöhrətli bəstəkarlardan P.Çaykovski A.Dvorjakın əsərləri səsləndirildi.

Rusiyanın ilk simfonik orkestri olan Sankt-Peterburq Filarmonik Orkestri 1882-ci ildə təşkil edilib. Hazırda kollektiv dünyanın ən yaxşı 20 orkestri sırasında yer alaraq Avropa, Asiya, Amerikada qastrol səfərlərinə çıxır, nüfuzlu beynəlxalq musiqi festivallarında iştirak edir.

 

Mədəniyyət.- 2014.- 14 may.- S. 3.