“Cəngi” qrupu Fransada
qastroldadır
Mədəniyyət
və Turizm Nazirliyi Azərbaycanın Fransadakı
səfirliyinin dəstəyi ilə Əməkdar artist Mircavad
Cəfərovun rəhbərlik etdiyi "Cəngi" caz qrupu
mayın 11-dən Fransada qastrol səfərindədir. Qrup mayın 12-də Reyms
şəhərində, 13-də Parisdəki Azərbaycan
Mədəniyyət Mərkəzində çıxış
edib. Daha bir konsert mayın 14-də Parisin
"Oratoire du Louvre" kilsəsində
keçiriləcək. Kollektiv etno-caz layihəsi
ilə maraqlı konsert proqramı hazırlayıb. Qrupun
üzvləri Arzu Həsənli (vokal), Mircavid Cəfərov (tar),
Tural Qasımlı
(piano), Vasif Hüseynzadə
(piano), Coşqun Sadıqov
(tütək, balaban),
Kamran Kərimov (nağara), Ruslan Hüseynov (bas gitara), İsgəndər Ələsgərov
(zərb alətləri)
və Mircavad Cəfərovdur (ud). Konsert proqramına Q.Qarayevin, Y.A.Motsartın, H.Rzayevin, S.Kəriminin əsərləri
- ümumilikdə 13 kompozisiya
daxil edilib. Qastrol səfəri mayın 15-də başa
çatacaq.
Mədəniyyət.- 2014.- 14 may.- S. 4.