Türk dünyasının moda aləmi

 

Orijinal dəb nümunələri Əskişəhər və Ankarada nümayiş olunub

 

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı - TÜRKSOY-un və “Əskişəhər-2013 - Türk Dünyası Mədəniyyət Paytaxtı Agentliyinin birgə təşkilatçılığı ilə mayın 5-dən 7-dək “Türk dünyasında qadın və modamövzusunda tədbirlər keçirilib.

Əskişəhər və Ankarada gerçəkləşən tədbirlərdə Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Monqolustan, Rusiya Federasiyasının Altay, Tatarıstan, Saxa Yakutiya, Xakasiya, Tuva, Başqırdıstan, Kalmıkiya, Kabardin-Balkar, Buryatiya respublikalarından, Bosniya-Herseqovinadan sektor təmsilçiləri, modelyer-dizaynerlər bir araya gəlib.

Layihənin məqsədi türk dünyası ölkələri arasında mədəni birliyin önəmini vurğulamaq, gənc dizaynerlərin işlərini təbliğ etmək idi. Bu məqsədilə “Türk elinin rəngləri” adlı bir moda yarışması və türk dünyası ölkələrində moda sektorunun mövcud durumu, moda dünyasında qadının rolu mövzusunda geniş panel düzənlənib.

Mayın 7-də Ankarada davam etdirilən tədbirə tanınmış modelyer Cəmil İpəkçi də qatılıb. Podiumda xüsusi geyimlərlə yanaşı türk dünyasının tanınmış dizaynerlərinin əl işləri - 150-dək etnik dizayn nümunələri də yer alıb. “Monqolustandan Kosovayadək türk eli” adlı moda nümayişində mədəni irsön plana çıxarılıb. Qeyd edək ki, ölkəmizi tədbirdə tanınmış modelyer Leyla Əhmədova təmsil edib.

 

Mehparə

 

Mədəniyyət.- 2014.- 14 may.- S. 8.